Quba və Xaçmazda yeraltı təkanlar qeydə alınıb

Baş səhifə

Quba və Xaçmaz rayonlarında yeraltı təkanlar hiss olunub.

APA-nın Şimal bürosunun məlumatına görə, ilkin məlumata əsasən, zəlzələ saat 20:56-da Şabran şəhərindən təxminən 10 kilometr məsafədə baş verib.

Zəlzələnin maqnitudası 4,9 bal təşkil edib.

Yeraltı təkanlar Quba və Xaçmaz rayonlarında da hiss olunub.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur.