
Bakı. Trend:
İndoneziyanın şimalında, Sulavesi adasındakı Minahasa yarımadası
yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 144 min nəfərin
yaşadığı Qorontalo şəhərindən 154 kilometr qərbdə, ocağı isə 184
kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan olunmayıb.

