
Bakı. Trend:
Macarıstan Rusiyadan neft və təbii qaz idxalını azaltmağı
planlaşdırır. Bununla belə, Budapeşt yaxın gələcəkdə Rusiya enerji
resurslarından tamamilə imtina etməyin mümkün olmadığını etiraf
edir.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın
“Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Baş nazir hökumətinin Rusiyadan enerji asılılığının azaldılması
istiqamətində addımlar atacağını təsdiqləyib.
Onun sözlərinə görə, Macarıstan Rusiya enerji resurslarına
alternativ təchizat mənbələri və marşrutları tapmaq üçün səylərini
davam etdirir.
“Lakin biz bir gecədə Rusiyanın enerji resurslarından
asılılığımızı aradan qaldıra bilmərik”, – deyə Magyar
vurğulayıb.

