
Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Modern.az xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu isə ölüb.
***
16:43
Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Dörd nəfərin də yaralandığı bildirilir.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.

