
Bakı. Trend:
Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə
ballistik raket buraxıb.
Bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin
Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər Pxenyan ərazisindən buraxılıb və
təxminən 900 kilometr məsafə qət edib. Cənubi Koreya ordusu mümkün
əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat
mübadiləsi apardığını açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Yapon
dənizi istiqamətində ballistik raket buraxıb.

