Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib

Baş səhifə

Bakı. Trend:

Təhlükəsizliklə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən
Moskvaya uçan 25-dən çox təyyarənin marşrutu dəyişdirilərək ehtiyat
aerodromlara yönləndirilib.

Bu barədə paytaxtın hava limanları məlumat yayıb.

Məlumata əsasən, “Şeremetyevo” hava limanına istiqamətlənən 11
reys Nijni Novqorod, Sankt-Peterburq, Kazan, Samara və Yaroslavl
şəhərlərinə yönəldilib.




“Vnukovo” hava limanına uçan daha 9 təyyarə də alternativ
istiqamətlərə göndərilib.

Bundan əlavə, “Domodedovo” hava limanına eniş etməli olan 6 reys
Nijni Novqorod, Kazan və Sankt-Peterburq şəhərlərində eniş
edib.