Estoniya hökuməti “Milrem Robotics” binasının yandırılmasını xarici təxrbiat aktı kimi tanıyıb

Baş səhifə

Bakı.Trend:

Estoniya “Milrem Robotics” müdafiə sənayesi şirkətinin binasının
yandırılmasını təxribat aktı kimi tanıyıb.

“Meduza”nın məlumatına görə, bu barədə ölkənin xarici işlər
naziri Marqus Tsahkna bildirib.

Hökumət bunun Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə
həyata keçirildiyini iddia edib.

“Bu təxribat aktı bütün Avropada Rusiyanın bizi qorxutmağa və
Ukraynaya dəstəyimizi zəiflətməyə yönəlmiş daha geniş
kampaniyasının bir hissəsidir. Bizim cavabımız bunun əksi olacaq.
Ukraynaya dəstəyimizi və Rusiyaya təzyiqi artıracağıq ki, o,
təcavüzünü dayandırsın”, – deyə nazirliyin bəyanatında
bildirilib.




Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın müvəqqəti işlər vəkili
Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Kreml Estoniya hakimiyyətinin ittihamlarını “əsassız,
düşünülməmiş, reallığı heç bir şəkildə əks etdirməyən və hər hansı
arqumentə söykənməyən” iddialar adlandırıb.

Yanğın avqustun 15-nə keçən gecə Tallində Betooni küçəsində baş
verib. Müdafiə sənayesi şirkəti “Milrem Robotics”in binasında
meydana gələn yanğın qısa müddətdə söndürülüb, xəsarət alan
olmayıb. İş üzrə üç nəfər şübhəli şəxs qismində saxlanılıb və
onların hamısının Latviya vətəndaşı olduğu müəyyənləşib.