InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!

Baş səhifə

Bakı. Trend:

23 sentyabr 2026-cı ildə “Invest-AZ İnvestisiya
Şirkəti” QSC InvestAZ PRO tətbiqinə həsr olunmuş
yeni kampaniya filmini təqdim edib.

Media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə
kampaniyanın kreativ konsepsiyası və əsas mesajı təqdim olunub,
daha sonra filmin ilk nümayişi baş tutub.

InvestAZ PRO kampaniyasının filmində karate
üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael
Ağayev
, Everest zirvəsini fəth edən alpinist Vəfa
Musayeva
və tamblinq gimnastikası üzrə ikiqat dünya
çempionu Tofiq Əliyev yer alıb.

Üç fərqli idman sahəsini təmsil edən qəhrəmanların hekayələri
vahid ideya ətrafında birləşir: uğurlu nəticə düzgün qərar,
hazırlıq, dəqiqlik və nəzarətdən başlayır. Kampaniya bu yanaşmanı
investisiya dünyasına daşıyaraq “Pro” anlayışını yalnız təcrübə
deyil, qərarlara peşəkar yanaşma kimi təqdim edir.




Bu yanaşma InvestAZ PRO tətbiqinin əsas vədi
ilə tamamlanır: müxtəlif maliyyə bazarları – bir hesab, tam
nəzarət.
İstifadəçilər platforma vasitəsilə bazarları real
vaxtda izləyə, müxtəlif maliyyə alətləri üzrə əməliyyatlar həyata
keçirə, hesab və vəsaitlərini vahid platformadan idarə edə
bilərlər. Tətbiqdə demo hesab vasitəsilə strategiyaları real vəsait
olmadan sınamaq da mümkündür.

InvestAZ PRO tətbiqini
App Store
və
Google Play
-dən yükləmək mümkündür.

InvestAZ haqqında

“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya № 087986)
Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı
investisiya şirkətidir. Şirkət müştərilərinə investisiya
xidmətləri, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.