
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə
atəşkəs elan edib.
Trend-in
məlumatına görə, bu barədə Kremlin yaydığı açıqlamada
bildirilib.
Qeyd olunub ki, atəşkəs aprelin 11-i saat 16:00-dan (Bakı vaxtı
ilə 17:00) aprelin 12-si günün sonunadək qüvvədə olacaq. Moskva
Ukrayna tərəfinin də Pasxa atəşkəsi təşəbbüsünə qoşulacağını
gözləyir.
Vladimir Putin Rusiya Silahlı Qüvvələrinə atəşkəs müddətində
hərbi əməliyyatları dayandırmağı, eyni zamanda, mümkün təxribatlara
qarşı cavab verməyə hazır olmağı tapşırıb.

