
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Trend xəbər verir
ki, dövlətimizin başçısı Baş nazir İrakli Kobaxidzeni ad günü
münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni
uğurlar arzulayıb.
İrakli Kobaxidze göstərilən diqqətə və təbrikə görə Azərbaycan
Prezidentinə minnətdarlığını bildirib.
Telefon söhbəti əsnasında Azərbaycan Prezidenti və Gürcüstanın
Baş naziri ölkələrimiz arasında münasibətlərin dostluq və strateji
tərəfdaşlıq xarakter daşıdığını qeyd edib, əməkdaşlığın müxtəlif
sahələrdə inkişafına dair fikir mübadiləsi aparıblar.

