Nazir müavini: Azərbaycanın Afrika ölkələrinə münasibətdə yeni gücləndirilmiş strategiyası var

Baş səhifə
Digər

  • 29 sentyabr, 2025
  • 11:13
Nazir müavini: Azərbaycanın Afrika ölkələrinə münasibətdə yeni gücləndirilmiş strategiyası var

Azərbaycanın Afrika ölkələri, ümumiyyətlə, Afrika qitəsinə münasibətdə xarici siyasətində yeni gücləndirilmiş strategiya var.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il ondan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil edilib.