
Bakı. Trend:
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin
qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən xəbərə görə, dövlət
sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik
vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz
dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının
“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda
narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan
Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi
35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

