
Bakı. Trend:
ABŞ və müttəfiqləri tədricən nüvə müharibəsi potensialını
artırırlar. Bunu KXDR müdafiə nazirinin müavini Kim Qan İr
bildirib.
“Vəziyyətin Koreya yarımadasında qarşıdurma və eskalasiyanın
qapalı dairəsindən çıxa bilməməsinin əsas səbəbi ABŞ və onun
əlaltılarının 80 il ərzində KXDR-ə qarşı ardıcıl şəkildə
düşmənçilik siyasəti yürütməsi, ehtiyatsız siyasi və hərbi
təxribatlar törətməsi və nüvə müharibəsi potensialını tədricən
artırmasıdır”, – deyə o, 13-cü Syanşan Beynəlxalq Təhlükəsizlik
Forumunda çıxışı zamanı bildirib.
Yaponiya və Koreya Respublikası nüvə silahı əldə etməyə
çalışaraq hərbi güclərini israrla artırırlar. Bunu KXDR müdafiə
nazirinin müavini Kim Qan İr bildirib.
“Beynəlxalq vəziyyətin xaotik xarakterindən kor olan və
həddindən artıq ambisiyalara qapılan Yaponiya və Cənubi Koreya
ABŞ-ın himayəsi altında nüvə silahına yiyələnmək məqsədilə hərbi
güclərini ehtiyatsız şəkildə fəal surətdə artırırlar”, – deyə o,
13-cü Syanşan Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı
vurğulayıb.

