Beyləqan müəllimi vəfat etdi – FOTO

Baş səhifə

Beyləqan rayonunda uzun illər pedaqoji fəaliyyət göstərmiş musiqi müəllimi vəfat edib.

Modern.az xəbər verir ki, Dünyamalılar kəndində yerləşən Ələmdar Rzayev adına 2 nömrəli tam orta məktəbin musiqi müəllimi İkram Rəhman oğlu Rəhimov dünyasını dəyişib.

Məktəbin kollektivinin yaydığı nekroloqda bildirilib ki, İ.Rəhimov uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsinə və onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə töhfələr verib.

Məktəb kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

1549603