İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən “Dəmir Qübbə” sisteminin ehtiyatda olan hərbi qulluqçusu saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Mənbənin məlumatına görə, hərbi qulluqçu “Telegram” messenceri vasitəsilə ələ alınıb və məlumatları, o cümlədən hərbi bazaların koordinatlarını və vəzifəli şəxslərin adlarını ötürüb.
“O, “Şir nərəsi” əməliyyatı başladıqdan bir gün sonra həbs edilib, törətdiyi əməli etiraf edib. Prokurorluq onun həbsdə saxlanma müddətini məhkəmə araşdırması başa çatana qədər uzatmaq niyyətindədir”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

