Bakı. Trend:
ABŞ və İran arasında hərbi münaqişə uzun müddət davam
etməyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə deyib.
“Sizə yalnız bir şey deyə bilərəm: bu, bitəcək. Düşünmürəm ki,
bu, uzun vaxt çəkəcək”, – deyə o bildirib.
“Yeri gəlmişkən, onlar bunu uzadırlar, çünki orada kiminlə
məşğul olduğumuzu bilmirik. Onlar həmin ölkədə liderin kim olduğunu
bilirlər. Biz İranda liderin kim olduğunu bilmirik”, – deyə ABŞ
prezidenti qeyd edib.

