Biləsuvarda zəncirvari qəza olub, ölən və yaralananlar var

Baş səhifə

Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Biləsuvar, zəncirvari qəza, Ələt–Astara magistralı, yol-nəqliyyat hadisəsi, avtomobil qəzası, ölən, yaralananlar, araşdırma