Ermənistan-Türkiyə sərhədinin açılması iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfə artmasına səbəb olacaq.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə beynəlxalq konfransda bildirib.
“Amberd” İnstitutunun apardığı araşdırmaya görə, sərhədlərin açılması həm xalqlarımıza, həm də iqtisadiyyatlarımıza qarşılıqlı fayda gətirə, Ermənistan və Türkiyə arasında ticarət dövriyyəsini 200 % artıra bilər. Türkiyə ərazisindən istifadə Ermənistan və Şərqi Avropa arasındakı ticarət yolunu 10-25 %, Ermənistan və Mərkəzi Avropa arasında isə 5-15 % qısalda bilər”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

