NATO dron və süni intellektin tətbiqinə əsaslanan müdafiə planı hazırlayıb

Baş səhifə

Bakı.Trend:

NATO-nun hərbi komandanlığı şərq cinahında dronlardan
və süni intellektdən istifadə etməklə yeni “müdafiə” planı
hazırlayıb.

Bu barədə “Bloomberg” agentliyi sənədə istinadən
məlumat yayıb.

Nəşrin tanış olduğu plan “Qələbə nəzəriyyəsi”
adlanır. Sənəd oktyabrın 12-də NATO-nun Avropadakı Müttəfiq
Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə təqdim olunacaq.
Agentliyin mənbələrinin sözlərinə görə, planın məqsədi alyansın
“NATO ərazisinə mümkün müdaxiləyə” necə cavab verəcəyini
aydınlaşdırmaqdır.




Qrinkeviçin rəsmi nümayəndəsi sənədi şərh etməkdən
imtina edib və yalnız NATO-nun “müstəsna olaraq müdafiə xarakterli”
alyans olduğunu bildirib. “Müttəfiq Qüvvələrin Ali Baş Komandanının
qələbə nəzəriyyəsi sadədir: NATO-nun üstünlüyünü qorumaq”, – deyə o
bildirib.

Agentlik xatırladıb ki, NATO-nun baş katibi Mark
Rutte daha əvvəl alyansın Rusiyanın NATO-ya üzv ölkələrə qarşı
ənənəvi müharibə üsullarından istifadə etməklə hücuma
hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib. O, yalnız
Avropanın sözdə hibrid hücumlara hazır olmalı olduğunu qeyd edib.
Bununla yanaşı, jurnalistlər qeyd ediblər ki, NATO-da müharibənin
aparılmasının ümumi prinsipləri məlum olsa da, onların ictimaiyyətə
açıq şəkildə çatdırılması nadir hallarda baş verir. Məqalənin
müəllifləri hesab edirlər ki, yeni strategiya ilə bağlı belə
açıqlıq ictimaiyyətə artan müdafiə xərclərinin hansı məqsədlərə
yönəldiyini göstərmək cəhdi ola bilər.