Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Baş səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 25 nəfəri uşaqlardır.

Bildirilib ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar:

“Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb”.

Qeyd edilib ki, şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.