Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması və artan yük tələbatının qarşılanması məqsədilə
sentyabrın 17-də paytaxtda Yasamal rayonunun, eləcə də bir sıra
regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində saat 10:00-dan 13:00-dək Transformator
Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar Abbas Mirzə
Şərifzadə, Arif Mehdiyev, Nəriman Nərimanov küçələri, Yeni
Yasamal-2 yaşayış kompleksinin bəzi ərazilərində elektrik
enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və
Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir
hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir
işləri ilə əlaqədar saat 09:00-dan 11:00-dək enerjinim verilişi
müvəqqəti dayandırılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Orta Ləki”
və “Kükəl” hava xətlərində həyata keçiriləcək təmir işləri zamanı
Aşağı Ləki, Bulaqotağı, Ərəb, Hapıtlı, Hüşün, Kükəl, Qarağan Sədi,
Qarağan Şıxlar, Orta Ləki, Ovçulu, Yuxarı Qəsil kəndlərinin bəzi
ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi
məhdudlaşdırılacaq.




Göyçay EŞ-yə daxil olan 10 kV-luq 2-ci kənd hava xəttində təmir
işləri icra olunacaq. Beləliklə, planlı fasilə saat 10:00-dan
15:00-dək Qızılağac, Mollahacılı və Şəkili kəndlərini əhatə
edəcək.

Bərdədə 10 kV-luq 4 saylı kənd hava xəttində görüləcək təmir
işləri zamanı rayonun Çələbilər, İbişli, Məşədi, Mollalı və Nifçi
kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin
verilişində fasilə yaranacaq.

Həmçinin 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir
işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd
və Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir
sıra yerlərində enerjinin verilişində qısa müddətli məhdudiyyət
tətbiq ediləcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.