
Bakı.Trend:
Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən
Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində azı üç nəfər
həlak olub.
“TOLO News” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir
ki, zərbə bu gecə vilayətin Nurqal rayonunda endirilib.
Hadisə ilə bağlı Pakistan tərəfindən hələlik rəsmi açıqlama
verilməyib.
Fevralın 26-da axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində
döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə
son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini
açıqlayıb.
Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, hazırda
Pakistanla Əfqanıstandakı “Taliban” hökuməti arasında açıq silahlı
qarşıdurma vəziyyəti yaranıb.

