
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, tütündən hazırlanan
siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz
vergilərinin artırılmasına dair təkliflər Millim Məclisin bugünkü
plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
Trend-in
məlumatına görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi və
digər 16 qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə
üçüncü oxunuşda təklif olunan dəyişikliklərin detalları bəlli
olub.
Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş
tərkibində tütün və ya bərpa edilmiş tütün olan
məhsullar
Bu məhsullar üzrə aksizin 1000 ədədə yerli
istehsal və idxalda 16 manatdan 25.5 manata
qaldırılması təklif edilir.
Bu məhsullar (IQOS, Glo, Ploom və s. ticarət nişanlı məhsullar)
mahiyyət etibarilə siqaretlə eynilik təşkil edir, ölkədə istehsalı
yoxdur və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 183 845
min ədəd, dəyəri isə 18 280 000 manat
təşkil edib.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər
çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”
tütünlər, çeynənilən və ya buruna çəkilən
tütünlər
Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda
22 manatdan 162 manata, idxalda isə 30
manatdan 170 manata qaldırılması təklif edilir.
Yeni dərəcələr təklif edilərkən istehsal edilən siqaretlərin hər
ədədi üçün istifadə olunan tütünün çəkisi əsas götürülüb.
Belə ki, bir ədəd nazik ölçülü siqaret çubuğu (stick) üçün
təxminən 0.34 qram tütün istifadə olunur (müvafiq
olaraq 1000 ədəd siqaret üçün təxminən 340 qram).
2026-cı ildə 1000 ədəd yerli istehsal olunan
siqaret üçün aksiz dərəcəsinin 55 manat olacağını
nəzərə aldıqda 1 kq istifadə olunan tütündən
istifadə edildikdə hesablanan aksiz vergisi orta hesabla
162 (1000/340*55) manat təşkil edir.
Məhz bu hesablama məntiqi ilə hər iki məhsul üzrə aksiz
vergilərinin mahiyyət etibarilə bərabərləşdirilməsi hədəflənir.
Yerli istehsalı mövcud deyil və 2025-ci ilin 10 ayı ərzində
idxal həcmi 2 min kiloqram, dəyəri isə 290
min manat təşkil edib.

