“Barselona”nın oyunçusu dünya futbol tarixində rekorda imza atdı

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın futbolçusu Lamin Yamal tarixdə 18 yaşında 100
qola çatan ilk futbolçu olub.

Trend xəbər verir ki, bu
barədə “One Football” məlumat yayıb. “Barselona” sabiq futbolçusu
Lionel Messi və “Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldo bunu 21
yaşında edə bilmişdi.




İspaniya liqasının 26-cı turunun “Vilyarreal”la(4:1) görüşündən
sonra 18 yaşlı cinah oyunçusunun aktivində 49 qol və 52 məhsuldar
ötürmə var.

Bu mərhələyə çatmaq üçün Yamal 166 oyun keçirib. Messi bu
nailiyyəti 159, Ronaldo isə 236 oyunda əldə edib.