Azərbaycanın neft koksu və neft bitumu ixracından gəlirləri artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,9 milyon ABŞ
dolları dəyərində 195 min ton neft koksu ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 44,042 milyon ABŞ dolları və ya 3,8
dəfə, həcm ifadəsində isə 8,4 min ton və ya 4,5% çoxdur.




Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi
ixracında 0,26% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-noyabr aylarında Azərbaycandan
1,137 milyon ABŞ dolları dəyərində 4 360 ton neft bitumu ixrac
edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 917 min ABŞ dolları və ya 5,2 dəfə, həcm ifadəsində isə
3,2 min ton və ya 3,7 dəfə çoxdur.