Xırdalanda obyektdə yanğın olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş
verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə,
hadisə barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil
olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.




Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş
vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində dəyən ziyan və yanğının başvermə səbəbi
barədə hələlik məlumat verilməyib.