
Bakı. Trend:
Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 4-də saat
10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M.Rüstəmov,
Sarayevo, Neapol küçələrinin bir hissəsinin, Suraxanı rayonunun
Əmircan qəsəbəsində H.Axundlu küçəsinin qaz təchizatında
qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

