Bakı. Trend:
ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvador
narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirərək
məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat
yayıb.
Komandanlığın X sosial şəbəkəsində yaydığı məlumata görə,
əməliyyat “Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq
çərçivəsində” həyata keçirilib.
“Beynəlxalq sularda, Sakit okeanın şərq hissəsində üzən
yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərən və narkotiklərin
qaçaqmalçılığı üçün istifadə olunan gəmi ələ keçirilib. Kəşfiyyat
məlumatları gəminin qəddar narkoterrorçu təşkilat olan “Los
Çoneros”un maraqları üçün istifadə edildiyini təsdiqləyib”, – deyə
paylaşımda bildirilib.
Gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib.
Axtarış və gəminin təhlükəsizliyinin təmin edilməsi üzrə əməliyyat
başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar.

