
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia
Melonini təbrik edib.
“İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir
vəzifəsində olan şəxsə çevrilməsi münasibətilə Baş nazir Ciorcia
Melonini ürəkdən təbrik edirəm. Bu tarixi nailiyyət onun güclü
liderliyinin, siyasi qətiyyətinin və İtaliya xalqının etimadının
göstəricisidir. Baş nazir Meloninin şəxsi rolunu və Azərbaycan ilə
İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə
verdiyi dəyərli töhfəni yüksək qiymətləndirirəm. Əminəm ki,
ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluğumuz və
qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da dərinləşəcək və
genişlənəcək”, – dövlət başçısının rəsmi “X” sosial şəbəkə
hesabındakı paylaşımda qeyd olunub.

