
Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff
və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və
Kiyevə səfər etməyi planlaşdırırlar.
Bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər artıq Rusiya və Ukrayna
paytaxtlarına səfərlərin ilkin tarixlərini razılaşdırıblar.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın
komandasının danışıqlar aparan nümayəndələrinin yaxın günlərdə
münaqişənin nizamlanması ilə bağlı Moskva və Kiyevdə yeni görüşlər
keçirəcəyini bildirmişdi.

