İspaniya məhvə düçardı – Tramp

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp İspaniyanın ölkə hakimiyyətinin
yürütdüyü siyasət səbəbindən məhv olmaq riski ilə üzləşdiyini
bildirib. Onun sözlərinə görə, miqrant axını səbəbindən ölkə
xarabalığa çevriləcək. Amerika lideri NATO-ya çəkilən xərclərlə
bağlı da Madridi tənqid edib.

Ağ Evin rəhbəri bu barədə GBN-ə verdiyi müsahibədə danışıb.




“İspaniya məhv olmağa düçardı. İspaniya ilə bağlı problemlərim
var, çünki o, NATO məsələsində özünü çox yaxşı aparmır və ödəməli
olduğu qədər ödəmir”, – deyə Tramp bildirib.

Tramp ayrıca İspaniyanın Şimali Afrikada, Mərakeşlə sərhəddə
yerləşən muxtar şəhəri Seuta ətrafındakı vəziyyətə də toxunub.
Amerika lideri miqrantların kütləvi axınından danışaraq baş
verənləri “çox kədərli mənzərə” adlandırıb.