Fransa ABŞ-ın müstəqil müttəfiqi olduğunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Fransa ABŞ-ın müttəfiqi olsa da, hərbi əməliyyatlara yalnız
ölkənin milli maraqlarına uyğun gəldiyi təqdirdə qoşulur.

Bu barədə Fransanın Baş naziri Sebastien Lekornyu LCI
telekanalına müsahibəsində bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Fransanın ABŞ və İsrailin İrana
qarşı hərbi əməliyyatında iştirak etməməsini tənqid etməsinə cavab
olaraq Parisin “müstəqil müttəfiq” mövqeyində olduğunu
vurğulayıb.




Baş nazirin sözlərinə görə, Fransa Vaşinqtonun siyasətini
kor-koranə izləmək niyyətində deyil, baş verənləri özü
qiymətləndirir və ilk növbədə milli maraqlarını müdafiə edir.

Lekornyu xatırladıb ki, 2000-ci illərin əvvəllərində ABŞ-ın
İraqa qarşı keçirdiyi hərbi əməliyyatda da Fransa iştirakdan imtina
edib.

Bununla belə, o qeyd edib ki, Paris zərurət yarandıqda müxtəlif
koalisiyalara qoşularaq hərbi əməliyyatlarda iştirak edir.