Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Almaniyaya 502 milyon dollar
dəyərində bitumlu süxurlardan əldə edilmiş 956,7 min ton xam neft
və neft məhsulları ixrac olunub.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 224 milyon dollar
və ya 30,9 faiz, həcm baxımından isə 208,3 min ton və ya 17,9 faiz
azdır.

Belə ki, 2024-cü ildə Azərbaycandan Almaniyaya 726 milyon ABŞ
dolları dəyərində 1,165 min ton neft və neft məhsulları ixrac
olunmuşdu.

Hesabat dövrü ərzində Almaniya Azərbaycanın ən çox neft və neft
məhsulları ixrac etdiyi ölkələrin sırasında 5-ci yer tutub.




2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu
süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4
milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1
milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb,
lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə
alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac
həcminin 48,28%-ni təşkil edib.