
Bakı. Trend:
Azərbaycan, Qazaxıstan və Özbəkistan öz enerji sistemlərinin
inteqrasiyası üzərində fəal iş aparırlar.
Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında
Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.
“Qeyd olunan bütün ölkələr enerji sistemlərinin inteqrasiyası
üzərində fəal işləyirlər. Özbəkistan və Qazaxıstanda gərginliyin
tənzimlənməsi və tezliyin idarə olunması nəzərə alınmalıdır”, –
deyə o bildirib.
Cavid Abdullayevin sözlərinə görə, Azərbaycan regionda enerji
sistemlərinin inteqrasiyasını texniki və iqtisadi çağırışları
aşmaqla davam etdirir.
“Bu, daha geniş diqqət və iştirak tələb edən iqtisadi şəraitdir.
Layihənin böyük hissəsi layihə maliyyələşməsi hesabına həyata
keçirilir”, – deyə o əlavə edib.

