
Bakı. Trend:
Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə
yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.
Trend-in
məlumatına görə, son yarış günündə milli komanda aktivinə daha 5
medal yazdırıb. Cüdoçular 2 gümüş və 3 bürünc mükafat
qazanıblar.
Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci
pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73
kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc
medal əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq) və
Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq) və Zəhra
Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55
kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc
medala yiyələniblər.
Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla
başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.

