
Bakı. Trend:
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start
götürüb.
Trend xəbər verir
ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 üzvü medal
qazanıb.
Tofiq Məmmədov (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) bütün
rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Hüseyn
Allahyarov (-60 kq) və Ülviyyə Bayramova (-57 kq) gümüş medala
sahib olublar. Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) isə
bürünc medal qazanıblar.
Milli komandamız Açıq Asiya Turnirində 25 cüdoçu ilə təmsil
olunur.

