ABŞ Konqresi Ukraynaya hərbi yardım ayrılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxara bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatası iyun ayında Demokratlar Partiyasının
təşəbbüsü ilə təqdim olunan və Ukraynaya hərbi yardım məqsədilə 1,3
milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsinə baxa
bilər.

Trend-in məlumatına görə, bu barədə “Politico” nəşri mənbələrə
istinadən yazıb.

Bildirilib ki, təxminən bir il əvvəl Nümayəndələr Palatasının
Xarici Əlaqələr Komitəsinin üzvü Qreqori Miks tərəfindən irəli
sürülən sənəd çərşənbə günü Palatanın 218 üzvünün dəstəyini əldə
edib.




Bu dəstək hazırda Konqresdə müxalifətdə olan Demokratlar
Partiyasına qanun layihəsini iyun ayında səsverməyə çıxarmaq imkanı
yaradır.

Sənəddə Ukraynaya yardım üçün 1,3 milyard dollar vəsaitin
ayrılması ilə yanaşı, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi də
əksini tapıb.