
Bakı. Trend:
Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir
işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti
məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə bu gün Yasamal və Qaradağ rayonlarında bir sıra
Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova,
İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və
Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək
elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bundan başqa, Qaradağ RETSİ-nə daxil olan Buta qəsəbəsinin bəzi
ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində
qısamüddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra
həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik
enerjisi ilə təmin olunacaqlar.

