Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Baş səhifə

Bakı. Trend:

Ukrayna hökuməti Rusiya ilə hərbi münaqişənin ölkəyə vurduğu
ümumi zərəri 600 milyard dollardan çox qiymətləndirir.

Bunu Ukraynanın Macarıstandakı səfiri Fedor Sandor “InfoRadio”ya
müsahibəsində bildirib.




Onun sözlərinə görə, 60 milyard dollardan çox dəyərində sənaye
obyektləri dağıdılıb, nəqliyyat infrastrukturuna dəyən zərər 96
milyard, enerji sektorunda itkilər isə 100 milyard dollardan
çoxdur.

Diplomat bildirib ki, zərərin həcmi hər gün artır.