
Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib.
Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

