Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

Baş səhifə

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə APA-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Lisey və gimnaziyaların keçid balları:

MÜƏSSİSƏ ADLARI Azərbaycan bölməsi Rus bölməsi
Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya 10
Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey 10,88
Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası 18,63
Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi 25,13 13,13
Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi 20,88 10
Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi 19,63 18,75
Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey 18,13 10
Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya 30
Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası 30,5
Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya 27,5
Bakı şəhəri texniki-humanitar lisey 25,88 10
Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 10
Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey 21,5
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey 12,75
Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi 43,13
‘Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey’ publik hüquqi şəxsi 35,38
Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya 21,75
Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey 18
İsmayıllı şəhəri internat tipli “Talıstan“ liseyi 10
Kimya və biologiya təmayüllü respublika liseyi 36,5
Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey 14,38
Masallı şəhəri ‘Dəfinə’ texniki-riyaziyyat təmayüllü lisey 10
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey 10
Naxçıvan Qızlar liseyi M.M.C 10
Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey 16,25
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey 10,5
Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey 26,88
Rəqəmsal Biliklər Liseyi 54,13
Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey 10,38
Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey 11,25
Şəki şəhəri kimya və biologiya təmayüllü lisey 27,25
Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey 24,25
Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey 17,88
Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey 20,13
Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi 24,5
Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi 24
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya 35,13
Sumqayıt şəhəri ‘Təfəkkür’ liseyi 21,75 10
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey 10 12,75
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey 15,25