“Milan”ın hücumçusu “Qalatasaray”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao “Qalatasaray”a
keçə bilər.

Trend bu barədə jurnalist Daniele Longoya istinadən
bildirir.

Cinah oyunçusu daha əvvəl yayda İtaliya klubundan ayrılacağını
açıqlamışdı.




Mənbənin məlumatına görə, Türkiyə komandası oyunçuya ildə 8
milyon avro maaş və 2 milyon avro bonus təklif edir. İtalyanlar
transfer üçün təxminən 60 milyon avro istəyirlər.

Ötən mövsüm 26 yaşlı portuqaliyalı bütün yarışlarda 31 oyunda
meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib.
Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 50 milyon
avrodur.