
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin
Netanyahu ilə telefonla danışıb.
Trend xəbər verir ki,
bu sözləri Tramp “Truth” sosial mediasında yazıb.
O, danışığın çox məhsuldar keçdiyini bildirib. “Beyruta heç bir
qoşun getməyəcək və yola düşən hər hansı bir qoşun artıq geri
qaytarılıb. Eynilə, yüksəkvəzifəli nümayəndələr vasitəsilə
“Hizbullah”la çox yaxşı bir telefon danışığım oldu və onlar bütün
atışmaların dayandırılacağına razılaşdılar. İsrail onlara hücum
etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”,- deyə Amerika
lideri əlavə edib.

