Bakıda WUF13-də Xorvatiyanı təmsil edəcək nümayəndə heyətinin tərkibi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasında (WUF13) Xorvatiya nümayəndə heyətinə Xorvatiyanın
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Branko Zebiç
rəhbərlik edəcək.

Bu barədə Trend-in
sorğusuna cavab olaraq Xorvatiya səfirliyindən bildirilib.

“Nümayəndə heyətinin tərkibinə həmçinin Fiziki Planlaşdırma,
Tikinti və Dövlət Əmlakı nazirinin müşavirləri Nevena Byeliş və Ana
Favro Şabar, eləcə də Xorvatiyanın Bakıdakı səfirliyinin birinci
katibi Alan Vayda daxil olacaq”, – deyə diplomatik nümayəndəlikdən
bildirilib.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.