ABŞ Hərbi Hava Qüvvələri Kuba yaxınlığında uçuşları artırıb

Baş səhifə

ABŞ hərbi qüvvələri fevral ayından etibarən Kuba sahilləri yaxınlığında kəşfiyyat uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, fevralın 4-dən bu yana ABŞ HHQ pilotlu təyyarələr və pilotsuz aparatlarla azı 25 belə uçuş həyata keçirib.

Uçuşların əksəriyyəti Havana və Santyaqo-de-Kuba yaxınlığında qeydə alınıb.