
Bakı. Trend:
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan
uğurların miqyası heyrətamizdir.
Trend xəbər verir ki,
bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
Qeyd olunub ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət
Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış sağlam və
möhkəm təmələ əsaslansa da, mürəkkəb dövrümüzün qlobal çağırışları
ilə uzlaşdırılmış formada, praqmatik şəkildə, qətiyyətlə və
prinsipiallıqla reallaşdırılır: “Bunun başlıca səbəbi odur ki,
Prezident İlham Əliyev öz xalqına arxalanan, güclü və xarizmatik
Lider olaraq cəmiyyətimizi ümummilli məqsədlər uğrunda səfərbər
etməyi bacarır, milli maraqlarımızı hər şeydən uca tutur və inamla
gerçəkləşdirir. Nəticədə beynəlxalq aləm Azərbaycanın qazandığı
uğurları qəbul edərək COP29, WUF13 kimi qlobal tədbirlərin
təşkilini ölkəmizə həvalə edir, Bakını isə dünya gündəliyində duran
aktual məsələlərin müzakirə olunduğu mühüm mərkəzlərdən biri kimi
görür”.


