Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin
29-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava
müşahidə olunacaq.




Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil
yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 300-800
metrədək məhdudlaşa bilər.