
Hindistanın şimalında sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb, nəticədə 20 nəfər həlak olub, 36 nəfər yaralanıb.
“Report” Hindistan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan polisi məlumat verib.
Qəzanın səbəbləri araşdırılır. İlkin versiyaya görə, faciəyə mürəkkəb yol şəraiti və ya nəqliyyat vasitəsinin texniki nasazlığı səbəb ola bilər.
Hadisə yerində xilasetmə işləri davam edir. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


