Bakı. Trend:
Böyük Britaniya Hörmüz boğazında ABŞ-nin hərbi missiyasında
iştirak etməyəcək.
Trend-in
məlumatına görə, bu barədə Sky News məlumat yayıb.
Bazar günü ABŞ Prezidenti Donald Tramp ABŞ və digər ölkələrin
hərbi dəniz qüvvələrinin Hörmüz boğazını blokadaya alacağını
açıqlayıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

