
“Real Madrid” yay transfer pəncərəsində növbəti böyük transferə hazırlaşır.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq üçün təklif irəli sürüb. Klub prezidenti Florentino Peresin ispaniyalı futbolçunu orta sahənin yeni lideri və Toni Kroosun layiqli davamçısı kimi gördüyü bildirilir.
Transferin 130-150 milyon avro qarşılığında baş tuta biləcəyi iddia olunur. Həmçinin Rodrinin də İspaniyaya qayıtmağa, xüsusilə “Real Madrid”də çıxış etməyə müsbət yanaşdığı qeyd edilir. Bununla belə, tərəflər arasında hələlik rəsmi razılığın əldə olunmadığı vurğulanır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

